Xalq şairi Hüseyn Arifin və ailə üzvlərinin doğma Yenigün kəndinin qəbirstanlığındakı qəbirüstü abidələri bərpa olunub və ətrafda abadlıq-quruculuq işləri həyata keçirilib
Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən görülən abadlıq-quruculuq işləri çərçivəsində Hüseyn Ariflə yanaşı dörd nəfər ailə üzvünün, anasının, həyat yoldaşının, oğlunun və qızının məzarlarında təmir-bərpa işləri həyata keçirilərək yaranmış aşınmalar aradan qaldırılıb, məzarları əhatə edən dəmir dekorativ məhəcərlər və üst hissəni örtən konstruksiyanın tavan hissəsi yenidən rənglənib.
Xatırladaq ki, 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində dünyaya göz açan Hüseynzadə Hüseyn Camal oğlu 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş və doğulduğu kənddə dəfn olunub. 1976-cı ildə Hüseyn Arifin Oğlu (Arif Hüseynzadə) vəfat edib, məhz o gündən sonra əslində Hüseyn Hüseynzadə olan Hüseyn Arif bu adı özünə təxəllüs götürüb.