Xalq şairi Nəriman Həsənzadə, Xalq şairi Hüseyn Arifin 100 illik yubileyi münasibəti ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə iştirak edə bilməməsinə görə Ağstafa Rayon İcra Hakimiyyətinə teleqram ünvanlamışdır
Xalq şairi Nəriman Həsənzadə, Xalq şairi Hüseyn Arifin 100 illik yubileyi münasibəti ilə 12 iyun 2024-cü il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə iştirak edə bilməməsinə görə Ağstafa Rayon İcra Hakimiyyətinə teleqram ünvanlamışdır.
Teleqramda deyilir:
“Böyük şairimiz Hüseyn Arifin yubiley gecəsində üzürlü səbəbə görə gələ bilmədiyim üçün təəsüflənirəm. Rayon İcra Hakimiyyətinin keçirdiyi təntənəli yubiley tədbiri yüksək hörmətə, diqqətə layiqdir. Ustad şairmizin sağlığında onun ədəbi görüşlərinin iştirakçısı olmuşam. Çox şey öyrənmişəm. İndi də mənim üçün ədəbi məktəbdir.
Sizə hörmətlə, Xalq şairi Nəriman Həsənzadə”
Öz növbəsində Ağstafa Rayon İcra Hakimiyyəti Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Heydər Əliyev Mükafatına layiq görülmüş Xalq şairimiz Nəriman Həsənzadəyə ağstafalılar adından möhkəm can sağlığı arzu edir, Ona dərin hörmət və ehtiramımızı bildiririk!