Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

26 fevral 2024 | 15:36
Ağstafa RİH başçısı aparatının inzibati binasında keçirilən tədbirdə rayonun məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağstafa RİH başçısının müavini-İctimai-siyasi məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rayon təhsil ictimaiyyətinin nümayəndələri – Şəfəq Heydərli, Şəfəq Cəlilova, Vüsal Həsənov çıxış edərək bəşər tarixinin ən qanlı səhifələrindən olan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırım həqiqətlərindən bəhs ediblər. Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində Xocalı şəhəri, o cümlədən işğal altında olan bütün torpaqlarımız azad edildi, soyqırıma məruz qalan soydaşlarımızın qisası döyüş meydanında alındı.
Tədbirdə həmçinin 10-cu sinif şagirdi Aytac Məmmədli, 8-ci sinif şagirdləri – Nəzrin Tağızadə və Nuranə Məmmədli “Xocalı soyqırımı – qan yaddaşımız!” mövzusunda bədii kompozisiya ilə çıxış ediblər.
Keçidlər