Xocalı Soyıqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib
26 fevral 2025 | 17:49
Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da ölkəmizin bütün ərazisində, o cümlədən Ağstafa rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirilib.