Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı qurbanlarının xatirəsi Ağstafada yad edilib

25 fevral 2023 | 12:38

XX əsrin faciəsi olan Xocalı qətliamının 31-ci ildönümü ilə bağlı Ağstafa şəhərinin mərkəzində Vətən müharibəsi şəhidlərimizin xatirəsinə inşa olunmuş Memorial Abidə Kompleksi ziyarət olunub. Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayədələri iştirak ediblər.

Memorial Kompleksin səkkiz guşəli ulduzunda alovlanan məşəl önünə əklil qoyulub, aypara abidəsi üstünə qızıl gül və qərənfillər düzülüb. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib.

 

Keçidlər