Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatı tərəfindən “12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günüdür!” mövzusunda tədbir təşkil olunub.

10 dekabr 2022 | 09:50

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin, YAP Ağstafa rayon Təşkilatının əməkdaşları, partiya veteranları, rayon Ağsaqqallar Şurasının üzvləri, qazilər və Ərazi Partiya Təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir YAP Ağstafa rayon Təşkilatının inzibati binasının akt zalında davam etdirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan ulu öndərin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırıb, ölkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafını təmin edib, müstəqilliyini əbədi və dönməz edib. Ulu Öndərin rəhbərliyi ilə müasir Azərbaycan dövləti qurulub, müstəqil dövlətin Konstitutsiyası qəbul olunub, dövlətimiz dünyada öz layiqli yerini tutub.

Tədbir Ulu Öndərin şərəfli ömür yolu, Vətəni və xalqı uğrunda fədakar fəaliyyətindən bəhs edən filmin nümayişi ilə davam etdirilib.

Keçidlər