Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən 26 Fevral – Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə “Xocalı soyqırımı – qan yaddaşımız!” adlı tədbir keçirilib.

25 fevral 2023 | 10:22
Tədbir Ağstafa rayon Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları ilk öncə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi və kitablarla tanış olublar.
Tədbirə başlamazdan əvvəl Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin, Xocalı qurbanlarının və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədri Gülgün Kərimov bildirib ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqrımından 31 il ötür. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu soyqrım Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev geniş məruzə ilə çıxış edərək qeyd edib ki, Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Bu il xalqımız Xocalı soyqırımının 31-ci il dönümünü qeyd edir. Faciədən 31 illik bir müddət keçməsinə baxmayaraq Xocalı və digər yaşayış məntəqələrindən olan qurbanları heç vaxt unutmamalıyıq və unutmayacağıq.
Etibar Hacıyev bildirib ki, son illər Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev işğal altında olan torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olur. Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın bir çox dövlətləri Xocalı qətliamını əsl soyqırım kimi tanıyır və qəbul edir.
Tədbirdə çıxış edən digər natiqlər – Ağstafa şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi İndira Vəliyeva, “Mədəniyyət şöbəsi” Ərazi Partiya Təşkilatının sədr müavini Solmaz Nağıyeva və partiya fəalı Göyçək Sadıxova Xocalı faciəsinin tariximizdə buraxdığı izlər haqqında danışıblar.
Sonda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.
Keçidlər