Şriftin ölçüsü :

Saytın rəngi :

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın potensialının artırılmasının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

18 aprel 2022 | 10:22

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın potensialının artırılmasının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında Seymur Orucovun sədrliyi ilə keçirilən iclasda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil müəssisələrinin direktor və psixoloqları, eləcə də aidiyyəti üzrə məsul şəxslər iştirak ediblər.
Seymur Orucov çıxışında təhsildən yayınan uşaqlar barədə maarifləndirici tədbirlərin səmərəliliyinin artırılması, xüsusi ilə də çətin həyat şəraitində olan uşaqların hüquqlarının müdafiəsi sahəsində  Komissiyanın işinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə həlli vacib məsələlərlə bağlı əlavə tapşırıqlarını verib. Tədbirdə iştirakçılara mövzu ilə bağlı maarifləndirici slayd nümayiş etdirilib və zəruri təlimatlar verilib. Mövzu ətrafında geniş müzakirələr aparılıb və aidiyyəti şəxslərin arayışları dinlənilib.

Keçidlər