Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr - Zəfər Günü münasibəti ilə Ağstafada şahmat üzrə məktəblər arasında birincilik keçirilib

06 noyabr 2023 | 12:16

Yarışda şagirdlərin əqli inkişafında və intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynayan “Şahmat” fənninin tədris olunduğu pilot ümumtəhsil məktəblərin komandaları iştirak ediblər.

Ağstafa rayon Təhsil sektorunun təşkilatçılığı ilə Uşaq Gənclər-İdman Şahmat məktəbində təşkil olunan yarışın yekun nətciələrinə əsasən Ağstafa şəhər 1 və 2 nömrəli tam orta məktəb komandaları müvafiq olaraq 1-ci və 2-ci yerlərə, Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin komandası isə 3-cü yerə layiq görülüblər. Yüksək yerləri tutan komandalar müvafiq diplomlarla təltif olunublar.

 

Keçidlər