Zəfər Gününün üçüncü il dönümü münasibəti ilə Ağstafada yerləşən “N” saylı hərbi hissədə mərasim təşkil olunub
Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, hərbi hissənin əsgər, çavuş və zabit heyəti, şəhid övladları, rayonun məsul şəxsləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himnimiz səsləndirilib.
Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun xalqımıza yaşatdığı tarixi Zəfərdən, Vətən oğullarının döyüş meydanında göstərdiyi şücaətdən, ölkəmizin hərbi qüdrətindən, eləcə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına və hərbi qulluqçulara göstərilən dövlət qayğısından bəhs olunub.
Mərasimdə hərbi xidmətlərində fərqləndiklərinə görə bir qrup hərbi qulluqçuya Fəxri Fərman və hədiyyələr, həmçinin rütbələr təqdim olunub.