Zəlimxan kəndində növbəti səyyar görüş keçirilib
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonu İcra hakimiyyətinin başçısı Seymur Orucov rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafiklə rayonun bütün yaşayış məntəqələrini əhatə edən növbəti belə səyyar görüş Zəlimxan kəndində təşkil olunub. Görüşdə rayonun-hüquq mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan İcra başçısı respublikamızın bütün sahələrindəki dinamik inkişafından, höküm sürən ictimai-siyasi sabitliyindən, hərbi qüdrətindən geniş söz açıb. Sonra rayon İcra hakimiyyətinin başçısı görüşdə iştirak edən sakinlərin təklif və müraciətlərini qəbul edib. Sakinlər öz növbəsində kənddə körpələr evi-uşaq bağçası, Zəlimxan kənd tam orta məktəbin əsaslı təmiri, kəndin suvarma arxlarının beton üzlənməsi, kəndin əkin sahələrinin suvarılması məqsədilə 2 ədəd subartezian quyusunun qazılması kimi fikirlər səsləndiriblər. Sonda icra başçısı sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.