Abdullayev Elgün Əmirxan oğlu

Elgün Əmirxan oğlu Abdullayev 1994-cü il aprelin 1-də Ağstafa rayonunun Qırılı kəndində dünyaya gəlib. 2000-2011-ci illərdə S.Əliyev adına Qırılı kənd tam orta məktəbində təhsil alıb.
2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "kiçik çavuş" hərbi rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.
Vətən Müharibəmiz zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhadətə qovuşub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.
“Vətən uğrunda”, "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbaryılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.