Şriftin ölçüsü :

Saytın rəngi :

Babayev Mustafa Elman oğlu

 
2021/04/443px-1619780647.jpg

line
Soyad: Babayev
Ad: Mustafa
Ata adı: Elman
Doğum tarixi: 04.11.2000
Şəhid olub: 08.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
 
Mustafa Elman oğlu Babayev 2000-ci il noyabrın 4-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta təhsilini 2007–2018-ci illərdə E. Mustafayev adına Yenigün kənd və 2 saylı Xırdalan şəhər tam orta məktəblərində alıb. Mustafa 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Əsgər Babayev Mustafa müharibə zamanı Füzuli, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Məzarı Ağstafa Şəhidlər Xiyabanındadır.

Vətənə xidmətlərinə görə Mustafa Babayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamlara müvafiq, "Vətən uğrunda" "Cəsur döyüşçü"  "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Keçidlər