Şriftin ölçüsü :

Saytın rəngi :

Əlizadə Xəyal Nəsrəddin oğlu

 
2021/09/19493-1632411370.jpg

line
Soyad: Əlizadə
Ad: Xəyal
Ata adı: Nəsrəddin
Doğum tarixi: 02.06.1995
Şəhid olub: 10.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Şuşanın azad olunmasına görə» medalı
 
30 ildən sonra əzəli torpaqlarımızda əzəli düşmənlərimiz üzərində qazandığımız parlaq qələbə xalqımıza asan başa gəlmədi. Çox canlar qurban verdik, çox oğulları köksünə aldı müqəddəs torpaq, çox analar gözüyaşlı, balalar atasız qaldı... Ana Vətən uğrunda canını fəda edən oğullarımıza borcluyuq bu qələbəni. Vətən müharibəsində şəhidlik mərtəbəsinə ucalan bu qəhrəmanlarımızdan biri də Xəyal Əlizadədir. Xəyal Nəsrəddin oğlu Əlizadə 1995-ci il iyunun 2-də Ağstafa şəhərində anadan olub.


Azərbaycan Ordusunun əsgəri olan Xəyal Əlizadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Əlizadə oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağstafa şəhərində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Əlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.

Ağstafa rayonunun Vurğun qəsəbəsində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün üzərində Xəyalın da fotosu olan “Şəhidlər bulağı” istifadəyə verilib.




 

 

Keçidlər