Şriftin ölçüsü :

Saytın rəngi :

İmaməliyev Elvin Elsevər oğlu

 
2021/01/Elvin-3223367704.jpg

line
Soyad: İmaməliyev
Ad: Elvin
Ata adı: Elsevər
Doğum tarixi: 09.05.1989
Şəhid olub: 09.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Şuşanın azad olunmasına görə» medalı
 
Azərbaycan Silahlı Qüvvələrinin Alı Baş Komandanı cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı əks-hücum əməliyyatlarının başladığı ilk günlərdən könüllü olaraq cəbhəyə gedən qəhrəman oğullardan biri də Ağstafa rayonunun Qırılı kənd sakini Elvin İmaməliyev oldu.

İmaməliyev Elvin Elsevər oğlu 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qırılı kəndi S.Əliyev adına orta məktəbdə bitirdikdən sonra Azərbaycan Dillər Universitetində (ADU) xarici dil müəllimliyi(fransız dili) ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən Ağstafa rayonunun Qırılı кənd tam orta məкtəbində müəllim olaraq fəaliyyətə başlayıb. 2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məкtəbə direкtor təyin edilib. Elvin Ağstafanın ən gənc direktoru kimi adını tarixlərə yazdırmışdı. Yeni Azərbaycan Partiyasının (YAP) Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri idi.


"Vətən Müharibəsi"-nin ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılaraq ön cəbhədə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.


Qələbəmizə 1 gün qalmış noyabrın 9-da Şuşa şəhəri yaxınlığında, Qırmızı bazar qəsəbəsində ağır yaralanaraq şəhid olub. Ağstafa rayonu Qırılı kənd qəbirisanlığında dəfn edilib.


Vəfatından sonra Prezident İlham Əliyevin verdiyi sərəncama əsasən, İmaməliyev Elvin Elsevər oğlu "Vətən Uğrunda" və "Şuşanın işğaldan azad olunmasına görə" medalları ilə təltif olunub.


Evli idi,2 oğul övladı yadigar qalıb


 

Keçidlər