İsmayılov Bahaləddin Temraz oğlu
Soyad: İsmayılov
Ad: Bahaləddin
Ata adı: Temraz
Doğum tarixi: 31.08.1999
Rütbə: MAHHXHQ əsgər
Bahaləddin Temraz oğlu İsmayılov (31 avqust 1999; Muğanlı, Ağstafa rayonu, Azərbaycan — 29 oktyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Bahaləddin İsmayılov 1999-cu il avqustun 31-də Ağstafa rayonunun Muğanlı kəndində dünyaya göz açıb. 2005–2016-cı illərdə Muğanlı kənd tam orta məktəbində təhsil alıb. Bahaləddin İsmayılov 2017–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmətini davam etdirirdi. Azərbaycan Ordusunun əsgəri olan Bahaləddin İsmayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bahaləddin İsmayılov oktyabrın 29- da Şuşa şəhəri istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bahaləddin İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bahaləddin İsmayılov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bahaləddin İsmayılov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bahaləddin İsmayılov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.