Kərimov Sübhan Murtuz oğlu
Sübhan Kərimov 1996-cı il yanvarın 29-da Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb. 2002–2013-cü illərdə X. Mirzəyev adına Qıraq Kəsəmən kənd orta məktəbində təhsil alıb. Subay idi.
Sübhan Kərimov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Sübhan Kərimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bir çox hərbi əməliyyat və döyüşlərdə fərqlənib. Sübhan Kərimov noyabrın 10- da Şuşa döyüşləri zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Sübhan Kərimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.