Şriftin ölçüsü :

Saytın rəngi :

Mədədov Asif Nəsir oğlu

 
2021/05/Asif_-1621616683.jpg

line
Soyad: Mədədov
Ad: Asif
Ata adı: Nəsir
Doğum tarixi: 01.06.1988
Şəhid olub: 08.11.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Şuşanın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
 
Asif Mədədov 1988-ci il iyunun 1-də Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub.1994–2005-ci illərdə Kolxəlfəli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi.

Asif Mədədov 2006–2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asif Mədədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Hadrut və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Mədədov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Kolxəlfəli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Mədədov ölümündən sonra " Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Mədədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Mədədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Mədədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

 

Keçidlər