Şriftin ölçüsü :

Saytın rəngi :

Namazov Taleh Zülfəli oğlu

 

line
Soyad: Namazov
Ad: Taleh
Ata adı: Zülfəli
Doğum tarixi: 28.07.1999
Rütbə: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
 
Taleh Zülfəli oğlu Namazov 1999-cu il iyulun 28-də Ağstafa rayonunun Düzqışlaq kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Taleh Namazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

Taleh Namazov oktyabrın 27-də Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ağstafa rayonunun Düzqışlaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Taleh Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən Taleh Namazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Taleh Namazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
2021/09/shehi-1632222619.jpg

 

Keçidlər