Şriftin ölçüsü :

Saytın rəngi :

Nəzərli Vasif Zahid oğlu

 
2021/05/Vasif-1620151847.jpg

line
Soyad: Nəzərli
Ad: Vasif
Ata adı: Zahid
Doğum tarixi: 04.03.2000
Şəhid olub: 08.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
 
Vasif Nəzərli 2000-ci il martın 4-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə H. Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.


Vasif Nəzərli 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vasif Nəzərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Vasif Nəzərli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Vurğun qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Nəzərli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.



 

Keçidlər