Şriftin ölçüsü :

Saytın rəngi :

Quliyev Rusif Asim oğlu

 

line
Soyad: Quliyev
Ad: Rusif
Ata adı: Asim
Doğum tarixi: 09.09.1989
Rütbə: MAHHXHQ əsgər
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Vətən uğrunda» medalı«Şuşanın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
 
Rusif Asim oğlu Quliyev sentyabrın 9-da Ağstafa rayonunun Yenigün kəndində anadan olub.

O, 1996–2007-ci illərdə E. Mustafayev adına Yenigün kənd tam orta məktəbində təhsil alıb.

Rusif Quliyev 2007–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Rusif Quliyev 8 illik hərbi xidmət müddətində "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.

Rusif Quliyev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərinin iştirakçısı olub.

Rusif Quliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, noyabrın 4-də Şuşa döyüşləri şəhid olub. Ağstafa rayonunun Yenigün kəndində dəfn edilib.

Ailəli idi. Təranə adlı bir qızı yadigar qaldı...

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rusif Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
 
2021/05/Rusif-1621842220.jpg
 

 

Keçidlər