Şriftin ölçüsü :

Saytın rəngi :

Quliyev Təbriz İlqar oğlu

 
 

line
Soyad: Quliyev
Ad: Təbriz
Ata adı: İlqar
Doğum tarixi: 05.08.1994
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Zəngilanın azad olunmasına görə» medalı
 
Təbriz İlqar oğlu Quliyev 1994-cü il avqustun 5-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub.

O, 2001–2012-ci illərdə S. Əliyev adına Qırılı kənd tam orta məktəbində təhsil alıb.
Təbriz Quliyev 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən Azərbaycan Ordusunun sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi.

Təbriz Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Zəngilanın azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Təbriz Quliyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
2021/09/Tabri-1632667426.jpg

 

Keçidlər