Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərov Əfqan Nadir oğlu

 

line
Soyad: Səfərov
Ad: Əfqan
Ata adı: Nadir
Doğum tarixi: 08.03.1997
Şəhid olub: 27.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
 
 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Əfqan Nadir oğlu Səfərov 8 mart 1997-ci ildə Ağstafa rayonu Həsənsu kəndində anadan olub, 27 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Əfqan Səfərov 2003–2014-cü illərdə A. Mustafayev adına Həsənsu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

İkinci Qarabağ müharibəsində iştirakı

Azərbaycan Ordusunun əsgəri Əfqan Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Əfqan Səfərov oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Həsənsu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Səfərov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Səfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
2021/09/efqan-1632482019.jpg

 

Keçidlər