Şriftin ölçüsü :

Saytın rəngi :

Şıxməmmədov Hikmət Azər oğlu

 

line
Soyad: Şıxməmmədov
Ad: Hikmət
Ata adı: Azər
Doğum tarixi: 06.12.1995
Şəhid olub: 08.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Şuşanın azad olunmasına görə» medalı
 
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Hikmət Şıxməmmədov 1995-ci il dekabrın 6-da Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 2002–2013-cü illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin idarəedilməsi" fakültəsində təhsil alıb. Ailəli idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Hikmət Şıxməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Hikmət Şıxməmmədov noyabrın 8-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Şıxməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Şıxməmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Şıxməmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
2021/04/421px-1619532511.jpg




 

Keçidlər