Şriftin ölçüsü :

Saytın rəngi :

Şıxməmmədov Natiq Zakir oğlu

 
2021/04/Natiq-3237342182.jpg

line
Soyad: Şıxməmmədov
Ad: Natiq
Ata adı: Zakir
Doğum tarixi: 20.04.1991
Şəhid olub: 15.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
 
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Natiq Şıxməmmədov 1991-ci il aprelin 20-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 2001–2012-ci illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı və ölümündən sonra dünyaya göz açan bir oğlu yadigar qalıb.

Natiq Şıxməmmədov 2009–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Şıxməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Natiq Şıxməmmədov oktyabrın 15-də Cəbrayıl uğrunda gedən döyüşlərdə artilleriya atəşi nəticəsində şəhid olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Şıxməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Şıxməmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Şıxməmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

 

Keçidlər