Şriftin ölçüsü :

Saytın rəngi :

Süleymanov Orxan Oruc oğlu

 
2021/04/250px-1618414282.jpg

line
Soyad: Süleymanov
Ad: Orxan
Ata adı: Oruc
Doğum tarixi: 20.06.1990
Şəhid olub: 27.09.2020
Rütbə: Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
 
Orxan Süleymanov 1990-cı il iyunun 10-da Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub.

1996–2007-ci illərdə A. Namazov adına Saloğlu qəsəbə tam orta məktəbində təhsil alıb. Orxan Süleymanov 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2011-ci ilin oktyabr ayından 2012-ci ilin aprel ayına qədər Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində gizirlik kursu keçib. Hərbi fəaliyətə Beyləqan rayonunda başlayıb. 2017-ci ildə Qusar rayonunda "N" saylı hərbi hissədə tağım komandirinin müavini vəzifəsini icra edib. Daha sonra Beyləqan rayonunda xidmətini davam etdirib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Orxan Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Süleymanov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Saloğlu qəsəbəsində dəfn olunub.
Ailəli idi. Bir oğlu yadigar qalııb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
 

 

Keçidlər