Ağstafada yaşayış məntəqələri üzrə əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir
Ölkə rəhbərliyin müvafiq tapşırığına əsasən Ağstafada əhalinin daha dayanıqlı və təmiz içməli su ilə təmin olunması məqsədilə zəruri tədbirlər icra olunur. Hazırda rayonda bu sahədə görülən işlər çərçivəsində Vurğun qəsəbəsi və Köçəsgər, Həsənsu kəndlərində işlər 8 saylı Regional Sukanal İdarəsinin Ağstafa Sukanal Sahəsinin mütəxəssisləri tərəfindən davam etdirilir. Belə ki, Eynallı kəndində Ağstafa su kanal sahəsinin balansında olan 2 ədəd subartezian nasosu bərpa olunmuş və oradan Həsənsu kənd əhalisinin içməli su probleminin həlli məqsədilə kəhriz xəttinə diametri 90 mm olan yeni su borularının çəkilişi davam etdirilir. Köçəsgər kəndi istiqamətində diametri 315 mm-lik karoziyaya uğramış metal su borusu diametri 280 mm-lik və 720 paqon metr uzunluğunda müasir politilen borularla əvəz olunur. Vurğun qəsəbəsində isə əhalinin içməli su problemi olan hissəsinə diametri 63 mm olan yeni su xətti çəkilir.
İşlərin yaxın zamanda tam yekunlaşması nəzərdə tutulur.