Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın ikinci böyük yaşayış məntəqəsi, Dağ Kəsəmən kəndində abadlıq-quruculuq işlərinə başlanılıb

02 mart 2021 | 11:00

Ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən Ağstafa rayonunda həyata keçirilən abadlıq quruculuq işləri, rayonun ikinci böyük yaşayış məntəqəsi olan Dağ Kəsəmən kəndində davam etdirilir. Hazırda kəndin mərkəzindən keçən 2,2 km uzunluğunda Ağstafa və Qazax şəhərlərini birləşdirən avtomobil yolunun yenidən qurulması məqsədilə ərazidə müvafiq tədbirlərin icrasına start verilib. Belə ki, köhnə beton səki daşları sökülərək yenisi ilə əvəz olunur, işıq dirəklərinin plafonları müasirlərilə yenilənir, həmçinin elektrik xətti yenidən qurulur. Yaxın günlərdə yol boyu hasarların bərpası və rənglənməsi işlərinə başlanacaqdır.

Keçidlər