Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu tərəfindən Həsənsu kəndində inşa edilən 420 şagird yerlik yeni məktəb binası 2 korpusdan ibarət olacaq.

16 avqust 2021 | 11:00

Yeni tədris ilində Ağstafanın Sadıqlı kəndində yeni məktəb binası istifadəyə veriləcək. Həsənsu kəndində də yeni binanın tikintisinə başlanılıb. Heydər Əliyev Fondu tərəfindən inşa edilən 420 şagird yerlik yeni məktəb 2 korpusdan ibarət olacaq.

İş İcraçısı-Zamir Hüseynov: “Hal-hazırda gördüyünüz kimi “A” blokunda hörgü işləri gedir. Akt zalında da həmçinin. Podval hissəsi tamalanıb və “B” blokunda qəlib işləri görülür”.

Ötən əsrin 30-cu illərində istifadəyə verilən köhnə məktəb binasının yararsız hala düşməsi tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Bununla belə məktəbin nəaliyyətləri də çoxdur. Ötən il təhsil ocağından 12 nəfər məzundan 8-i ali məktəblərə daxil olub.

Məktəbin əvvəlki illərinin məzunlarından xaricdə təhsil alanlar da var. Onlardan İtaliyanın Latsio regionunda təhsil alan ikinci kurs tələbəsi Bəxtiyar Nəsibli: “Yay tətilinə öz kəndimizə istirahət üçün gəlmişəm. Bizim üçün çox sevindirici haldır ki,  yeni müasir standartlara cavab verən məktəb bizim kənddə də tikilir”.

Kənd sakinləri və müəllimlər də yeni məktəbin inşası üçün dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Ağstafada modul tipli məktəblərin inşası da diqqətdə saxlanılır. Rayonun Kolayır, Yaradullu kəndlərində və Həzi Aslanov qəsəbəsində modul tipli məktəblər quraşdırılıb.


Almaməmməd Nəbiyev,  Xəyalə Məmmədova “Xəbərlər”.

Keçidlər