Şriftin ölçüsü :

Saytın rəngi :

Köçəsgər kəndində Şəhidlər Bulağı abidə-kompleksi əsaslı yenidən qurulub

06 sentyabr 2021 | 11:00

Ağstafa rayonunun Köçəsgər kəndinin mərkəzində yerləşən Şəhidlər Bulağı abidə-kompleksi əsaslı yenidən qurularaq istifadəyə verilib.  Xatirə kompleksində 1 nəfər 20 Yanvar,  9 nəfər 1-ci Qarabağ müharibəsi, 1 nəfər Tovuz döyüşləri və 1 nəfər Vətən müharibəsi şəhidimizin adları əbədiləşdirilib. Şəhidlərimizin xatirə lövhələrinin önünə tər qərənfillər düzülüb, əziz xatirələri ehtiramla anılıb. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, qazilər, müharibə veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!

Keçidlər