Poylu kəndində 35/10 kV-luq elektrik yarımstansiyasının tikintisi davam etdirilir
21 dekabr 2021 | 11:00
Ağstafa rayonunun Poylu kənd inzibati ərazisində inşa olunan 35/10 kV-luq elektrik yarımstansiyasının tikintisi işləri davam etdirilir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun bir qrup məsul şəxsləri ilə birlikdə növbəti dəfə ərazidə olaraq tikinti işləri ilə tanış olub. Yarımstansiya Ağstafa çayının sol sahilində yerləşən yeddi yaşayış məntəqəsi, o cümlədən Poylu qəsəbə və Poylu, Qıraq Kəsəmən, Zəlimxan, Aşağı Kəsəmən kəndlərinin elektrik enerjisi təminatının yaxşılaşdırılmasına xidmət edəcəkdir.