Şriftin ölçüsü :

Saytın rəngi :

Köçəsgər kəndinin ortasından keçən “Acı dərə”də yaranmış təbii aşınmanın aradan qaldırılması məqsədilə görülən tədbirlərin icra vəziyyəti ilə yerində tanışlıq olub

05 fevral 2022 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Köçəsgər kəndinin ortasından keçən  “Acı dərə”də yaranmış təbii aşınmanın aradan qaldırılması məqsədilə  görülən tədbirlərin  icra vəziyyəti ilə yerində tanış olub, sakinlərlə növbəti görüşünü keçirib.
Tədbirdə rayonunun hüquq-mühafizə orqanlarının, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Kənd ictimaiyyətinin nümayəndələri “Acı dərə”də yaranmış təbii aşınmanın yaşayış məntəqəsi üçün yaratdığı ciddi fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Köçəsgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin kənddə görülmüş işlərə dair arayışı dinlənilib. Qeyd olunub ki, son dövrdə Köçəsgər kəndində şəhidlərin xatirəsinə 3 ədəd bulaq abidə kompleksi tilikilib istifadəyə verilib, “1941-1945” Böyük Vətən Müharibəsi abidəsi və Şəhidlər Xiyabanında abadlıq yenidənqurma işləri həyata keçirilib,  3,3 km uzunluğunda  avotomobil yolu xırlanaraq avtoqreyderlə hamarlanıb, yol kənarında sakinlərin daha çox ehtiyac duyduğu yerdə bir ədəd avtobus dayanacağı quraşdırılıb,  kənd qəbirstanlığının ərazisi metal torla hasara alınıb, 850 metr uzunluğunda təsərrüfat daxili suvarma arxı lildən təmizlənib.

Keçidlər