Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ Kəsəmən kəndinin qaz və elektrik təsərrüfatının yenilənməsi tədbirlərinin icra vəziyyəti yerində öyrənilib

11 fevral 2022 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bir qrup məsul şəxslərlə birlikdə Dağ Kəsəmən kəndinin qazlaşdırılan yeni yaşayış massivində və kəndin elektrik təsərrüfatının yenilənməsi işlərinin gedişatı ilə yerində tanış olub. İcra başçısı kənd sakinlərinin təklif və müraciətlərini qəbul edib, onları maraqlandıran digər məsələləri araşdıraraq nəzarətə götürüb.
Dağ Kəsəmən ictimaiyyətinin nümayəndələri kənd əhalisi adından onlara göstərilən bu cür yüksək dövlət qayğısına görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.
Əhalinin yüksək səviyyədə təbii qazla təmin olunması məqsədilə qazlaşdırılan küçələrə hazırda daşıyıcı borular çəkilir, ardınca paylayıcı şəbəkə qurulacaq, eləcə də hər abonent sayğac və fərdi tənizmləyici ilə təmin olunacaqdır. Bu işlərlə paralel icra olunan Dağ Kəsəmənin elektrik enerjisi infarstrukturunun yenilənməsi tədbirləri çərçivəsində köhnə naqillər müasir qoruyucu kabellə əvəzlənir, eləcə də yeni dəmir dirəklər quraşdırılır. İşlərin yaxın altı ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Keçidlər