Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa RİH-in təşəbbüsü ilə rayonda abadlıq-quruculuq tədbirlərinin icrası diqqətdə saxlanılır.

13 iyun 2023 | 13:02

Bu istiqamətdə davam etdirilən işlər çərçivəsində Ağstafa şəhərinin mərkəzi küçələrində bardurlar rənglənib, dekorativ yaşıllıq ərazilərinə xüsusi qulluq göstərilib, H.Arif küçəsinin avtomobil yolunda zəruri təmir işləri həyata keçirilib, müvafiq texnikalar cəlb olunaraq şəhər ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının novları təmizlənir. Ağstafa şəhəri Heydər Əliyev prospekti və H.Arif küçəsinin kəsişməsində inşa olunmuş şəhidlərin xatirə kompleksinin ətrafında aparılan abadlıq-quruculuq işləri də tamamlanmaq üzrədir.   

Keçidlər