Ağstafada yeni nasos stansiya tikilir, suvarma kanallarının beton üzlüyə alınması işləri davam etdirilir (VİDEO)
Ağstafa Suvarma Sistemləri İdarəsi Ağstafa rayonunun 21000 hektardan artıq suvarılan əkin sahəsinin suvarma suyu ilə təminatına xidmət edir.
Bu rəqəm 2021-ci illə müqayisədə əlavə torpaq sahələrinin əkinə cəlb edilməsi sayəsində 1543 hektar çoxdur. Suvarmada 4 mənbədən istifadə edilir. Bunlar Ağstafaçay su anbarı, Həsənsu çayı, Ağ Göl su anbarı və subartezian quyularıdır. Hazırda payızlıq dənli bitkilərin suvarılmasını mütəşəkkil keçirilməsi üçün kanallarda lildən və kol-kosdan təmizləmə işlərinə başlanılıb.
Əkin sahələrinin 4203 hektarının su ilə təminatı rayon ərazisində fəaliyyət göstərən 266 ədəd subartezian quyuları vasitəsilə həyata keçirilir. Cari ildə 74 subartezian quyusunda cari təmir işləri aparılaraq, onların nasaz mühərriklərinin sarğısı yenisi ilə əvəz olunub. Nasos hissəsində aşınmaya məruz qalan hissələri isə yenisi ilə əvəzlənib. 2022-ci ildə 6 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılıb. Növbəti ildə rayon ərazisində 13 ədəd subartezian quyusunun qazılması planlaşdırılır. Rayon ərazisində uzun illər fermerlərə xidmət edən və artıq istismar müddətini tamamlayan nasos stansiya yenidən tikilərək su istifadəçilərinin xidmətinə veriləcək.
Qeyd edək ki, 2022-ci il suvarma mövsümü ərzində suvarma mənbələrindən 111 mln.kb m su götürülərək su ayrıclarında birliklərə 78 mln kbm su verilib. Rayon ərazisində əkilən kənd təsərrüfatı bitkiləri 2,5 dəfə suvarılıb.