Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada yeni nasos stansiyası tikilir

07 dekabr 2022 | 18:21

Ağstafa Suvarma Sistemləri İdarəsi  rayonun 21000 hektardan artıq əkin sahəsini suvarma suyu ilə təmin edir ki, bu da 2021-ci illə müqayisədə əlavə torpaq sahələrinin əkinə cəlb edilməsi hesabına 1543 hektar çoxdur. 
Suvarmada 4 mənbədən istifadə edilir. Bunlar Ağstafaçay su anbarı, Həsənsu çayı, Ağ göl su anbarı və subartezian quyularıdır. Hazırda payızlıq dənli bitkilərin suvarılmasını təmin etmək üçün kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılır.
Əkin sahələrinin 4203 hektarının su ilə təminatı rayon ərazisində fəaliyyət göstərən 266 subartezian quyusu vasitəsilə həyata keçirilir. Cari il 74 subartezian quyusunda təmir işləri aparılmış, nasaz mühərriklər yenisi ilə əvəz olunmuşdur. Nasos hissəsində aşınmaya məruz qalan hissələr də yenilənmişdir. Bu il 6 subartezian quyusunun qazılmasına da başlanılıb. Növbəti il rayon ərazisində daha 13 subartezian quyusunun qazılması planlaşdırılır.
Rayon ərazisində uzun illər fermerlərə xidmət edən və artıq istismar müddətini başa vuran nasos stansiyası  da yenidən qurulur. Rayonda əkin sahələrinin suvarma suyu ilə təminatında əsas rol oynayan nasos stansiyasının inşası, eləcə də suvarma kanallarının beton üzlüyə alınması istiqamətlərində işlər sürətlə davam etdirilir. Bu işlər başa çatdırıldıqdan sonra rayonda əkin sahələrinin su ilə təminatında mövcud problemlər aradan qaldırılacaq.

https://azerbaijan-news.az/az/posts/detail/agstafada-yeni-nasos-stansiyasi-tikilir-1670362984

Keçidlər