Ağstafanın Böyük Kəsik Bələdiyyəsi tərəfindən kəndin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılır
13 iyun 2023 | 17:30
Böyük Kəsik Bələdiyyəsinin sədri, Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin atası Nazim Yusifovun təşəbbüsü ilə 1560 nəfər əhalisi olan Böyük Kəsik kəndinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılır. Belə ki, Böyük Kəsik Bələdiyyəsinin balansında olan arteziandan 400 metr uzunluğunda olan su xətti 110 mm-lik diametrli politilen borularla yenilənir.