Şriftin ölçüsü :

Saytın rəngi :

Soyuqbulaq qəsəbəsində yerləşən 2 mərtəbəli çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri davam etdirilir

19 avqust 2022 | 14:44

Seymur Orucov rayonun məsul şəxsləri ilə birlikdə Soyuqbulaq qəsəbəsində yerləşən 2 mərtəbəli, 2 bloklu çoxmənzilli yaşayış binasında aparılan əsaslı təmir işlərinin icra vəziyyəti ilə maraqlanıb, binanın sakinləri ilə görüşərək onların fikirlərini öyrənib. Təmirə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib.

Binanın dam örtüyünün dəyişdirilməsi işləri başa çatdırılmış, giriş bloklarının təmiri davam etdirilir. Təmir işləri növbəti mərhələdə pəncərə və qapıların dəyişdirilməsi, binanın fasadının suvanması və rənglənməsi işləri ilə davam etdiriləcəkdir.

Sakinlər, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə icra olunan bu cür tədbirlərə görə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər