Tatlı kənd Həkim məntəqəsi əsaslı təmirdən sonra istifadəyə verilib
07 sentyabr 2022 | 18:00
Ağstafanın Tatlı kəndinin Həkim məntəqəsinin inzibati binası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi tərəfindən əsaslı təmir olunaraq istifadəyə verilib.
Mərasimdə Ağstafa RİH başçısı Seymur Orucov, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin Bərdə ofisinin əməkdaşları Oscar Danilo Garcia və Ruqiyyə İbrahimli, rayonun səhiyyə sahəsinin məsul şəxsləri, ictimaiyyət nümyanədləri iştirak ediblər.
Ümumi sahəsi 165 kv. metr olan həkim məntəqəsində əhaliyə yüksək tibbi xidmətin göstərilməsi üçün müasir tipli peyvənd, manipuliyasiya, müşahidə, qəbul və inzibati otaqlar mövcuddur. Bina həmçinin mərkəzi istilik sistemi ilə təchiz olunubdur.