Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhər 3 saylı tam orta məktəb binasında əsaslı yenidənqurma işləri sürətlə davam edir

08 sentyabr 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyev 21 oktyabr  2016-cı il tarixli “Ağstafa şəhərində  3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında”  Sərəncam imzalamışdır.  Sərəncama uyğun olaraq  1320 şagird yerlik  həmin məktəb binasında əsaslı təmir və yenidənqurma işləri sürətlə davam etdirilir və işlər son tamamlama mərhələsindədir.
Bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun məsul işçiləri ilə birlikdə növbəti dəfə məktəbdə aparılan işlərə  yerində tanış oldu, müvafiq tapşırıqlarını verdi. Hazırda iki korpusdan ibarət və 6076,0 kvadrat metr sahəsi olan binanın fasadı və içəri hissəsi ilə yanaşı,  3,5 ha ərazisi olan həyatyanı sahəsində də abadlıq quruculuq işləri  sürətlə davam etdirilir. Binanın  köhnə dam örtüyü sökülmüş və  müasir tələblərə cavab verən yenisi ilə əvəz olunmuşdur.  Köhnə suvaq qatları, uyğunsuz arakəsmələr, köhnə döşəmələr, pilləkən qəfəsləri, qapı və pəncərələr sökülərək tamami ilə yenilənmişdir. Layihəyə uyğun elektrik sistemi müasir tələblərə uyğun yenilənmiş, binada təhlükəsizlik kameraları quraşdırılması işi davam etdirilir. Binanın foye və koridorlarına müasir tipli keramoqranit  daşları döşənmişdir. Məktəbin bufeti, idman, akt və kitabxana  zalları, sanitar qovşaqlar ən yüksək səviyyədə yenidən qurulmuşdur.  Artıq məktəbin ərazisinin dekorativ hasarlanması, yerə brusçatka tipli döşəmə daşlarının vurulması işləri yekunlaşmaq üzrədir. Hasarın çöl hissəsi böyunca bardur qoyularaq dekorativ daş düzülür,  su arxı betonlanır. Həmçinin məktəbə gedən əsas avtomobil yoluna yeni asfalt örtüyü də salınacaqdır. Mətkəbin yaxın zamanda müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Keçidlər