Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq şairi Hüseyn Arifin xatirəsinə həsr olunmuş ədəbi-bədii geçə keçirildi

16 sentyabr 2017 | 11:00

16 sentyabr 2017-ci il tarixdə Ağstafa şəhər “Yazıçılar Evi”ndə xalq şairi Hüseyn Arifin xatirəsinə həsr olunmuş ədəbi bədii geçə keçirildi. Tədbiri giriş sözü ilə başçının müavini-İctimai-siyasi  və  humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova acaraq bildirdi ki, Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, dövlət mükafatı laureatı, xalq şairi Hüseyin Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirmiş və Azərbaycan milli ədəbiyyatına dəyərli tövhələr vermişdir. Hüseyn Arif müasir Azərbaycan poeziyasında özünəməxsus yeri və mövqeyi olan şairlərdəndir. Onun əsərləri və şerləri xalqımız tərəfindən sevilə-sevilə oxunur. Hüseyn Arifin xatirəsi daim xalqımızın yaddaşlarında əbədi qalacaqdır.
          Sonra şair Barat Vüsal, yazıçı-jurnalist Fidovsi Heydərli, şair Saqif Qaratorpaq, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev və rayon ziyalısı Baba Babanlı çıxış edərək şairin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər.
Tədbir rayonunu mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirildi.

Keçidlər