Şriftin ölçüsü :

Saytın rəngi :

“Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı aşıq sənətinə həsr olunmuş geniş konsert tədbiri keçirildi

02 dekabr 2017 | 11:00

02 dekabr 2017-ci il tarixdə Ağstafa şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Ağstafa, Qazax və Tovuz rayonlarından, eləcə də Gürcüstan respublikasının Marneuli rayonundan olan aşıqlarının iştirakı ilə “Sazımızın qüdrəti, sözümüzün hikməti” adlı geniş konsert proqramı keçirilmişdir.
         Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstləri düzdülər. Mərkəzin həyətində təşkil olunmuş sərgilərə, yeniyetmə və gənclərin əl işlərindən ibarət kompazisiyalara tamaşa etdilər və balaca aşıqlardan ibarət xor kollektivlərinin ifasını dinlədilər. 
          Mərkəzin böyük akt tzalında tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq bildirdi ki, aşıq sənəti Azərbaycan xalq ədəbiyyatının və mədəniyyətimizin dərin qollarından biridir. Ağstafalıların həmişə aşıq sənətinə böyük dəyər verdiyini və ölkəmizdə ilk dəfə olaraq məhz saza Ağstafada heykəl qoyulduğunu bildirdi. Qədim mədəniyyət irsinə malik olan aşıq sənətinin son dövrdə dünyada inkişaf etdirilməsi H. Əliyev Fondunun Prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir.
Sonra Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəizi Ramiz Quliyev çıxış edərək aşıq sənətinin inkişaf etdirilməsi məqsədilə idarə tərəfindən  həyata keçirilmiş tədbirlər barədə məlumat verdi.
Tədbir aşıqların təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.  Konsert proqramı tamaşaçıların yaddaşında xoş təsuratlı izlər buraxdı. Sonda rayon rəhbərliyi  aşıqlarla xatirə şəkili çəkdirdi.

Keçidlər