Şriftin ölçüsü :

Saytın rəngi :

24 km uzunluğu olan Vurğun-Köhnəqışlaq avtomobil yolu əsaslı yenidən qurularaq istifadəyə verilib

25 dekabr 2017 | 11:00

Ağstafa rayonunun cəbhə bölgəsində yerləşən dörd yaşayış məntəqəsini Vurğun qəsəbəsi ilə əlaqələndirən və uzunluğu  24 km olan Vurğun-Köhnəqışlaq avtomobil yolu əsaslı yenidən qurulmuşdur. Yenidənqurma işləri çərçivəsində Həsənsu çayı üzərində körpü əsaslı təmir olunmuş  və Sağ Sahil kanalı üzərində yeni körpü tikilmişdir.  Bu münasibətlə açılış mərasimi keçirilmişdir. Mərasimdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, , Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəsssisə və təşkilatlarının rəhbərləri, inşaat- mühəndis işçiləri, eləcə də rayon ictimaiyyət nümayəndələri iştirak edirdilər.  Tədbirdə qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə və orada yaşayan sakinlərə dövlət qayğısı daim yüksək diqqət mərkəzində saxlanılır.Prezident,  Ali Baş Komandan İlham Əliyev  və xanımı,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə mütəmadi olaraq cəbhə bölgəsində olur, düşmənlə təmas xəttində yerləşən hərbi hissələrə baş çəkir,  müvafiq obyektlərin açılış mərasimlərində iştirak edirlər.  Cəbhə bölgəsində yaşayan sakinlər üçün yeni-yeni təhsil, səhiyyə ocaqları, körpələr evi-uşaq bağçaları inşa olunur, kommunal şəraitləri yaxşılaşdırılır, sakinlərin məşqulluğunun maksimum  təmin etmək məqsəi ilə müvafiq tədbirlər görülür, o cümlədən kənd təsərrüfatına yararlı torpaq sahələrindən daha səmərəli istifadə olunması üçün lazımi şərait yaradılır. Tədbirdə çıxış edən Tatlı kənd sakini Məmməd Məmmədov, Köhnəqışlaq kənd sakini Sehrəddin Hüseynov və digərləri çıxışlarında qeyd etdilər ki, ölkə başçısının güclü dəstəyinin və qayğısını daim hiss edir, onların  sosial müdafiəsini gücləndirmək, həyat və  güzəranını yaxşılaşdırmaq üçün bütün lazımi tədbirlər icra olunur. Sonda avtomobil yolunun açılışını ifadə edən rəmzi qırmızı lent kəsildi və yola baxış keçirildi.  Yolun eni 12 metrdir və 3-cü texniki dərəcəyə uyğun tikilibdir.  Tikinti işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılıbdır. Yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yol göstərici xətlər çəkilibdir. Avtomobil yolunun yenidən qurulması müvafiq qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə aparılıb. 

Keçidlər