Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü qeyd olundu

17 yanvar 2018 | 11:00

17 yanvar 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə 20 Yanvar faciəsinə həsr olunmuş sərgi ilə tanış oldular.
            Tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev açaraq bildirdi ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən geçə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutmuş, yüzlərlə insan qətlə yetirilmiş və yaralanmışdır. Bu qətillər xüsusi vəhşilik və qəddarlıqla həyata keçirilmişdir. Lakin bu hadisələr Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı mübarizəsini boğa bilmədi.
            Sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısi Əziz Məsmalıyev çıxış edərək bildirdi ki, Ağstafa rayon İcra Hakimiyyəti başçısının “Ağstafa rayonunda 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər planı” nın təsdiq edilməsi barədə 05 yanvar 2018-ci il tarixli Sərəncamına uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində, idarə və müəssisələrdə tədbirlərin keçirilməsinin icrasına başlanılmışdır. 20 yanvar tarixində Şəhidlər xiyabanı, 20 Yanvar şəhidi Əzizov Habil Kommunar oğlunun qəbirüstü abidəsi və Milli Qəhrəman abidələri Ağstafalılar tərəfindən  ziyarət olunacaqdır.
              Daha sonra Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Gülgün Kərimov, Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Mədəniyyət Mərkəzinin müdiri Vaqif Mehdiyev və digərləri çıxış edərək 20 Yanvar gününün Azərbaycan xalqının azadlığı və suverenliyi günü kimi mübarizənin rəmzi kimi qeyd edildiyini diqqətə çatdırdılar.

Keçidlər