Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Dövlət Təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü qeyd edilib

28 mart 2018 | 11:00

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi qeyd olunub. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Dövlət Təhlükəsizlik Xidməti Ağstafa rayon şöbəsinin kollektivi,  rayon ərazisində yerləşən bir sıra hərbi hissələrin komandirləri, eləcə də rayon ictimiəyitinin nümayəndələri  iştirak edib.
Tədbir iştirakçıları öncə Ağstafa rayon  Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan İcra başçısı bu münasibətlə orqan işçilərini təbrik edərək bu əlamətdar günün əhəmiyyətindən geniş bəhs edib. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı müvafiq Sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Hazırda  Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, dövlət təhlükəsizliyi sayəsində də aparılan geniş və məqsədyönlü  islahatlar fəaliyyətin daha səmərəli təşklinə səbə olub. Bu gün ökəmizin milli maraq və mənafeləri hərtərəfli və yüksək etibarlılıqla təmin olunur. 
Tədbirin sonunda rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Dövlət Təhlükəsizlik Xidməti Ağstafa rayon şöbəsinin bir sıra əməkdaşını müvafiq  “Fəxri Fərman”larla təltif etdi.

 

Keçidlər