Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərxalça” ASC-nin Ağstafa filialı fəaliyyətini uğurla davam etdirir

01 may 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi Ağstafa rayonunda da ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində tədbirlər uğurla icra olunur. Belə ki, Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Ağstafa filialı təsis edilmişdir. Ağstafa rayon İcra hakimiyyətinin başçısı rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Xalça toxuculuğu müəssisəsinin fəaliyyəti ilə yaxından tanış oldu,  işçilərin iş şəraiti ilə maraqlandı və burada yüksək  səviyyədə istehsal olunmuş “Qarabağ”, “Gəncə” və “Qazax”  növlərindən olan  xalçalara nəzər salındı . Məlumat verildi ki, xalçaların toxunmasında tamamilə   təbii resurslardan  istifadə olunması onların uzun ömürlü  və əl işi məhsulları  hesab olunduqlarına görə isə daha dəyərli olmasına səbəb olur. Bu amil isə öz növbəsində burada istehsal olunmuş xalçaların  tək daxili yox, həm də xarici bazarlara çıxarılmasına zəmin yaradır. Hazırda Bakı şəhərindən cəlb edilmiş peşəkar xalça mütəxəssisinin nəzarəti və tədrisi ilə yerli toxucu qadınlar günbəgün bu sahədə daha çox bilik, bacarıq və təcrübəyə  yiyələnirlər.  Burada toxucuların maksimum rahat və səmərəli fəaliyyət göstərmələri üçün istənilən şərait yaradılmışdır.

 

Keçidlər