Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada bu ildə baramaçılıqla məşğul olmaq istəyən kümçülərə pulsuz barama qurdu toxumu paylanıldı

05 may 2018 | 11:00

Ölkəmizdə ipəkçiliyin inkişafına dair ölkə Prezidenti cənab İlham  Əliyevin müvafiq tapşırığına uyğun olaraq müasir infrastrukturun yaradılması istiqamətində tədbirlər uğurla icra olunmaqdadır. İpəkçiliyin inkişafı üçün ən önəmli sahələrdən biri isə yüksək səviyyədə barama istehsalıdır. Bu məqsədlə ölkənin bir çox rayonlarında, o, cümlədən Ağstafa rayonu üçün də ənənəvi təsərrüfat sahəsi hesab edilən baramaçılıq son illərdə sürətlə inkişaf etdirilməkdədir. Belə ki, ötən illərdə olduğu kimi bu ildə  rayonda baramaçılıqla məşğul olmaq istəyən fermerlərə ümumilikdə 104 qutu pulsuz barama qurdu toxumu paylanılmışdır.  Hər ötən ildə barama istehsalı və həm də bu sahədə işlə təmin olunanalrın sayı artan dinamika ilə dəyişir. Belə ki, bu il 232 nəfər işlə təmin olunacaq. Eyni zamanda 4,0 tondan çox barama istehsalı nəzərdə tutulur.
Yerlədə kümçülərin ipək qurdlarının yetişdirilməsi üçün zəruri aqrotexniki şərtlərlə təchiz olunmuş məntəqələr ayrılmışdır. Baramaçılığın inkişaf etdirilməsi üçün Ağstafa rayonunda yeni tut bağları salınmış və bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər