Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti təmiri nəzərdə tutulmuş yaşayış binalarına və şəhər küçələrinə baxış keçirilidi

07 may 2018 | 11:00

“Ağstafa rayonunun sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Proqramına uyğun olaraq  Ağstafa rayonunda çoxmənzilli yaşayış binalarının təmir-bərpası və mərkəzi küçələrin əsaslı yenidən qurulması işləri uğurla davam etdirilir. Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun bir sıra məsul şəxsləri ilə birlikdə Ağstafa şəhərində növbəti təmir olunacaq çoxmənzilli yaşayış binalarına və rayonun mərkəzi küçələrinə baxış keçirdi. Binaların həyətində və küçələrdə  sakinlərlə görüşdü, onları narahat edən digər məsələlərlə maraqlandı. İcra başçısı sakinlərlə səmimi üsiyyətdə onların nəzərlərinə çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları və qarşıya qoyduğu vəzifələrin icrası nəticəsində son illərdə Ağstafa rayonunda  genişmiqyaslı abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrin icrası geniş vüsət almışdır. O, cümlədən görülən işlər nəticəsində rayonun mərkəzi küçələri əsaslı yenidən qurulur, çoxmənzilli yaşayış binalarında təmir-bərpa işləri aparılır. İcra olunan bütün bu tədbirlər isə Ağstafanın çiçəklənməsi, firəvanlaşması və ağstafalıların daha rahat, qayğısız yaşamalarına hesablanmış addımlardır. Təbii ki, bu da dövlətimizin biz ağstafalılara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Sakinlər də öz növbəsində son illər dövlət səviyyəsində Ağstafada həyata keçirilən işlərdən razılıqlarını və minnətdarlıqlarını ifadə etdilər.

 

Keçidlər