Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95-ci İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ AĞSTAFADA ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLDİ

10 may 2018 | 11:00

Bu gün Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi tamam olur. Hər il ölkəmzin hər bir guşəsində bu gün Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. O, cümlədən Ulu Öndərimizin 95 illiyi Ağstafada da böyük izdihamla qeyd olundu. Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə Ümummilli liderin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzüldü. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının kollektivləri, rayonun ərazisində yerləşən N saylı hərbi hissələrin əsgər və zabitləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Gülqoyma mərasimindən sonra  tədbir iştirakçıları Mərkəzin həyətində kitab və gənc rəssamların əl işlərindən ibartə sərgilərə tamaşa etdilər, uşaqların ifasında şerlər səsləndirildi.  Daha sonra isə Heydər Əliyev Mərkəzinə ekskursiya oldu. Mərkəzin foyesində iri ölçülü ekranda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu.

 

Keçidlər