Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş veloyürüş keçirildi

10 may 2018 | 11:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü müvafiq “Tədbirlər Planı”na uyğun olaraq Ağstafada silsilə tədbirlərlə qeyd olunub. Hər il oluğu kimi bu il də Ulu Öndərin doğum günü münasibəti ilə Ağstafa şəhərində rayon yeniyetmələrinin iştirakı ilə ənənəvi veloyürüş keçirildi. Veloyürüşün startından öncə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev velosipedçilərə uğurlar arzu etdi. Qeyd olundu ki, ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir, günü-gündən çiçəklənən, firəvanlaşan ölkəmizdə yeniyetmə və gənclərin sağlam, qayğısız yetişmələri bu gün dövlət başçımız cənab İlham Əliyevin diqqətindədir. Azərbaycan idmançıları beynəlxalq arenalarda üçrəngli bayrağımızı qürurla dalğalandırırlar. İcra başçısının geniş çıxışından sonra veloyürüşün start bayrağı qaldırıldı. Ağstafa şəhəri Heydər Əliyev prospekti-Rafiq Alıcanov-Hüseyn Arif küçələri marşrutu üzrə keçirilən veloyürüş Ağstafa şəhər Mərkəzi Stadionunun Qarşısında sona çatdı. Veloyürüşü ön sıralarda tamamlayan velosipedçilər müvafiq diplom, medal və hədiyyələrlə təltif olundular.

 

Keçidlər